Qırğızıstan Prezidenti Azərbaycanla ikiqat vergitu...
16:41 22.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov bildirib ki, 20 sentyabr 1994-cü il ölkəmiz üçün tarixi bir gündür. 30 il bundan öncə ölkəmizin iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” imzalanmışdır. Bildirilib ki, 1991-1993-cü illərdə siyasi böhran, iqtisadi sahədə yaşanan tənəzzül ölkəmizin inkişafı üçün maneələr törədirdi. Azərbaycan xalqının təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə çağırıldı. Ulu Öndərin cəsarəti, uzaqgörənliyi, fədakarlığı Azərbaycanı bütün bəlalardan qoruya bildi. Ölkəmizin gələcək inkişafı ilə bağlı ciddi addımlar atıldı və “Əsrin müqaviləsi”nin imzalanması bu addımlar sırasında xüsusi yer tutur.
Qeyd olunub ki,1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə "Əsrin müqaviləsi"nin imzalanması ölkəmizin uğurlu inkişaf tarixinin ən önəmli hadisəsinə çevrilmişdir. Bu təntənəli mərasimdən 23 il sonra – 2017-ci il sentyabr ayının 14-də Bakıda Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilmişdir.
Sonda mövzu ətrafında çıxışlar olub.
Digər xəbərlər