Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə telefonla...
20:51 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
Türkiyənin Eskişehir şəhərində Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin 4-cü ildönümü münasibətilə tədbir keçirilib. “İki dövlət, bir Zəfər. Qarabağın azadlığı” adlı tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov iştirak edib.
"Şərq qapısı" xəbər verir ki, Eskişehir valisi Hüseyin Aksoy, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Zeynalov, Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, Türkiyənin dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri və digərlərinin qatıldığı tədbirdə Rəşad Məmmədov Azərbaycanla Türkiyə arasındakı münasibətlər, eləcə də regional proseslər barədə fikirlərini bildirib.
Səfir çıxışında İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranan yeni həqiqətlər haqqında danışıb. Tədbirdən sonra səfir Rəşad Məmmədov və vali Hüseyin Aksoyun da iştirakı ilə Eskişehirdə “İki dövlət, bir Zəfər. Qarabağın azadlığı” mövzusunda təşkil olunan sərginin açılışı olub. Sərgidə Qarabağın azadlığı və şanlı Zəfərimizin rəmzlərinin fotoşəkilləri yer alır.
Tədbirlər Eskişehir valiliyi, Azərbaycanın Türkiyədəki səfirliyi, Eskişehir Mədəniyyət və Turizm Müdirliyi, Türk Dünyası Vəqfi və Eskişehir Azərbaycanlılar Dərnəyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
Digər xəbərlər