NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Əshabi-Kəhf ziyarətgahı avtomobil yolunda son tamamlanma işləri aparılır

...

Əshabi-kəhf ziyarətgahına aparan 13.9 km uzunluğundakı avtomobil yolunda son tamamlanma işləri aparılır.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən vətəndaşların rahat hərəkətini təmin etmək üçün 3 qat asfalt örtüyü salınıb. Hazırda avtomobil yolunda boya və təmizlik işləri görülür. Avtomobil yolunda sürət həddini təyin etmək üçün yol nişanları və nəqliyyatın təhlükəsizliyi üçün yol boyunca işıq əksetdirici siqnal dirəkləri quraşdırılacaq. Bu layihə həm də regiona gələn turistlərin ziyarətini asanlaşdıracaq və ərazinin iqtisadi inkişafına müsbət təsir göstərəcək.

Nəşr edilib : 23.11.2024 19:23