Naxçıvan Dövlət Universitetində "Müasir filologiya...
20:51 21.12.2024
0
0
0
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Zəfər Günü ərəfəsində "Əsgərə məktub" layihəsi çərçivəsində şəhid övladlarının yazdığı məktubların əsgərlərimizə və əsgərlərin cavab məktublarının şəhid övladlarına çatdırılması “Naxçıvanpoçt” tərəfindən uğurla həyata keçirilib.
Bu layihə həm vətənimizin qəhrəman əsgərlərinə, həm də şəhidlərimizin ailələrinə böyük mənəvi dəstək, şəhidlərimizin xatirəsini yaşatmağın, eləcə də əsgərlərimizin Vətənə olan sevgisini və sadiqliyini daha da gücləndirməyin mühüm bir nümunəsidir. Layihənin həyata keçirilməsi, şəhid övladlarının, həmçinin əsgərlərimizin ruh yüksəkliyini artıraraq xalqımızın birliyini bir daha təsdiq edir.
Şəhid övladlarının yazdığı məktubların əsgərlərimizə çatdırılması, onların Vətən uğrunda canlarını fəda edən igidlərimizin yadigarı olduqlarını bir daha göstərdi.
Bu təşəbbüsün həyata keçirilməsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun bütün heyətinə göstərdiyi dəstəyə görə təşəkkürümüzü bildirir və şanlı ordumuza daima qələbə sevinci və sülh arzulayaraq, bu cür təşəbbüslərin davamlı olmasına ümid edirik.
Bunlarla yanaşı, layihə çərçivəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Paşa Holding” tərəfindən göndərilən bayram sovqatları da “Naxçıvanpoçt”un əməkdaşlarının iştirakı ilə muxtar respublikada yaşayan şəhid ailələrinə çatdırılıb.
Şəhid övladlarının əsgərlərə yazdığı və əsgərlərin onlara yazdığı cavab məktublarını təqdim edirik.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin mətbuat xidməti
Digər xəbərlər