NAXÇIVAN :

14 May 2025, Çərşənbə

Ermənistanın baş nazirinin müavini İran səfiri ilə regional prosesləri müzakirə edib

...

Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan və İranın səfiri Mehdi Sobhani Tehranla İrəvanın energetika və ticari-iqtisadi sahədə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Bu barədə "Şərq qapısı" erməni KİV-lərinə istinadən xəbər verir.

"Tərəflər Ermənistan-İran ikitərəfli münasibətlərinin gündəliyindəki əsas məsələləri müzakirə edib, energetika və ticari-iqtisadi sahələrdə əməkdaşlığa toxunub, həmçinin regional proseslərə dair fikir mübadiləsi aparıblar", - məlumatda vurğulanıb.

Nəşr edilib : 14.05.2025 15:25