NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Ermənistanda Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə işçi qrupu yaradılıb

...

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın qərarı ilə Avropa İttifaqı (Aİ) ilə viza rejiminin liberallaşdırılması üzrə işi əlaqələndirmək üçün işçi qrup yaradılıb.

Bu barədə “Sputnik-Ermənistan” məlumat yayıb.

Qrup Ermənistan və Aİ arasında sazişlərin icrasına cavabdeh olan qurumlararası komissiyanın nəzdində yaradılıb. Ona Qriqoryanın özü rəhbərlik edəcək. Qrupun tərkibinə parlamentin Avropaya inteqrasiya və xarici əlaqələr komissiyalarının rəhbərləri, daxili işlər, ədliyyə, səhiyyə və xarici işlər nazirlərinin müavinləri, habelə bir neçə deputat və orta səviyyəli vəzifəli şəxslər də daxil edilib.

Xatırladaq ki, sentyabrda Qriqoryan Avropa Komissiyasının sədr müavini Marqaritis Shinasla görüşdən sonra Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə rəsmi dialoqun başlandığını elan etmişdi.

Nəşr edilib : 25.10.2024 18:35