NAXÇIVAN :

12 Mart 2025, Çərşənbə

Ermənistan XİN başçısı: Azərbaycanla sülh sazişini yaxın zamanda imzalamağa hazırıq

...

Ermənistan Azərbaycanla sülh sazişini yaxın zamanda imzalamağa və düşmənçilik səhifəsini bağlamağa hazırdır.

"Şərq qapısı" yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan niderlandlı həmkarı Kaspar Veldkampla birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu saziş, əlbəttə, bütün məsələləri həll edə bilməz, lakin bütün prosesin müsbət yekunlaşmasının başlanğıcı ola bilər.

Nəşr edilib : 12.03.2025 17:26