NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Ermənistan prezidenti: COP29-a qədər Azərbaycanla sülh sazişi imzalamağa ümid edirik

...

Ermənistan yaxın dörd həftə ərzində Azərbaycanla sülh sazişinin bütün müddəalarını imzalamağa ümid edir.

Bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan "Reuters"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, İrəvan bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər Bakı ilə sülh sazişinin bütün 16 maddəsini imzalamağa ümid edir.

“Ümid edirik ki, gec-tez buna nail olacağıq”, - Ermənistan prezidenti bildirib.

Nəşr edilib : 08.10.2024 12:19