NAXÇIVAN :

13 Mart 2025, Cümə axşamı

Ermənistan ordusunun generalı: Azərbaycana qarşı vuruşan "Daşnak" adlandırılan taborda Ermənistan vətəndaşları da var idi

...

Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs - Ermənistan Respublikasında anadan olmuş və orada qeydiyyatda olan, həmin ölkənin vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Manukyan Qarabağda Azərbaycan dövlətinə qarşı vuruşmuş “Şuşi” xüsusi hərbi batalyonunun komandirinin Jirayr Səfilyan olduğunu etiraf edib.

"Şərq qapısı" xəbər verir ki, D.Manukyan suallara cavabında J.Səfilyanın Livanın paytaxtı Beyrut şəhərində doğulduğu barədə məlumatsız olduğunu bildirərək deyib: “O, "Qərbi Ermənistan”dan gəlmişdi, amma Ermənistan vətəndaşı idi”.

O, Qarabağda Azərbaycana qarşı vuruşmuş “Daşnak” adlandırılan taborun dəstələrdən ibarət olduğunu bildirib.

“Dəstələrdə Qarabağdan olanlar və Ermənistan vətəndaşları var idi”, - deyə o əlavə edib.

Nəşr edilib : 13.03.2025 13:22