NAXÇIVAN :

11 Aprel 2025, Cümə

Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək

...

Ermənistan fevralın 7-də Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərinin parlament komitələri rəhbərlərinin iclasında iştirak etməyəcək.

"Şərq qapısı" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə parlament sədrinin mətbuat katibi Movses Arutyunyan məlumat verib.

"Ermənistan tərəfi KTMT-yə üzv dövlətlərin parlament komitələri rəhbərlərinin iclasında iştirak etməyəcək", - o bildirib.

Nəşr edilib : 06.02.2025 17:39