Səlahiyyətli nümayəndə Kəngərli rayonunda vətəndaş...
15:34 22.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
BMT-nin CEDAW Komitəsinin tövsiyələrinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Naxçıvan Şəhər İcra Hakimiyyətində “Erkən uşaqlıq dövründə uşağa qayğıda gender aspektinin təbliği” mövzusunda maarifləndirici təlim keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təlimdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, “Modern Psixoloji Mərkəz”in direktoru klinik psixoloq doktor Ayaz Seyidli, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova çıxış edərək hər iki valideynin uşağa qayğı göstərməsinin əhəmiyyətindən və gender balansının qorunmasından danışıblar. Çıxışlarda valideynlərin ailədə və övladlarının tərbiyəsində rolu, uşaqların tərbiyəsində kişi və qadınların, eləcə də cəmiyyətin birgə məsuliyyəti, ailə tərbiyəsində analığın sosial funksiyasının düzgün dərk edilməsi, kişi və qadınların öz övladlarının tərbiyəsində və inkişafında uşaqların mənafeyini bütün hallarda üstün tutmaq şərtilə birgə məsuliyyətləri və digər məsələlərə toxunulub.
Diskussiya şəraitində keçən təlimdə qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıların məsələ ilə bağlı sualları cavablandırılıb və təklifləri dinlənilib. 71 nəfərin yararlandığı təlimə Naxçıvan şəhərindəki tam orta məktəblərin və məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri, psixoloqlar və valideynlər cəlb ediliblər.
Digər xəbərlər