NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

"Erkən təhsil gələcəyin uğurlu təməlidir" pilot qrant layihəsinin açılışı olub

...

Naxçıvan şəhər Əli Sultanlı adına 10 nömrəli tam orta məktəbdə "2024-2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili" qrant müsabiqəsində ikinci dəfə qalib olmuş "Erkən təhsil gələcəyin uğurlu təməlidir" pilot qrant layihəsinin açılış mərasimi keçirilib. 
Tədbirdə çıxış edən layihə rəhbəri, Ə. Sultanlı adına 10 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini Vüsalə Qənbərova layihə haqqında valideynlərə geniş məlumat verib. Onun sözlərinə görə,  layihənin məqsədi erkən yaşda təhsilin keyfiyyətinin artırılması və icma əsaslı yanaşmanın inkişaf etdirilməsidir. Bəzi valideynlər uşağı müəyyən səbəblərə görə uşaq baxçasına qoya bilmir, uşaq məktəbə gedəndə  çətinliklərlə üzləşir, məktəbə uyğunlaşa bilmir. Məhz bu çətinliklərin qarşısın almaq məqsədi ilə  icma əsaslı məktəbəqədər təhsil qruplar yaradılıb. 
Qeyd olunub ki, iki qrup olmaqla, ümumilikdə 30-dan artıq uşaq bu qaydada təhsil alacaq. Yəni 60-dan artıq valideyn layihənin fəaliyyətindən yararlanacaqdır. Bu layihə 2-5 yaşlı uşaqlara təhsili sevdirməklə yanaşı, onların gələcək təhsil həyatında uğur qazanmaları üçün möhkəm zəmin yaradır.

Nəşr edilib : 18.12.2024 16:57