NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Erkən nikahın fəsadlarından danışılıb

...

17 sentyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı "Təbliğat-100" layihəsi çərçivəsində Naxçıvan Musiqi Kollecində “Erkən nikah və erkən analıq qızların təhsil və sağlamlığını məhdudlaşdırır” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva bildirib ki, erkən nikah və erkən analıq qadınların təhsil, sağlamlıq və məşğulluq imkanlarını ciddi şəkildə məhdudlaşdırır.  Bütün bunlar da erkən nikaha məcbur edilən qadınların həyat keyfiyyəti və uşaqlarının həyatı üçün uzunmüddətli mənfi nəticələrə səbəb olur. Məhz bu istiqamətdə maarifləndirmə işinin aparılması böyük əhəmiyyət kəsb edir.
Təqdimatla çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Yaqut Abbaszadə erkən nikahın fəsadlarından danışıb. Bildirilib ki, erkən nikaha təhrik edilən qızların özləri hələ uşaqlıq dövrünü yaşadığı üçün, həmin qızların ana olan zaman öz uşaqlarına laqeyd yanaşması real problemlər yaradır. Erkən yaşda ailə quran qızlar təhsildən də kənarda qalırlar. Təhsil həm  psixoloji,  həm  sosioloji, həm də fiziki  cəhətdən təsiredici amil kimi qiymətləndirilir. Buna görə də, valideynlər öz övladlarını erkən nikaha sövq etməkdən çəkinməli, onların təhsillərini bitirmələrinə şərait yaratmalıdırlar. Sevindirici haldır ki, ölkə qanunvericiliyində erkən nikah hallarının qarşısının alınması ilə bağlı görüləcək hüquqi tədbirlər daha da sərtləşdirilir. Bu da öz növbəsində erkən nikahıların qarşısının alınmasında müsbət rol oynayacaq. 
117 nəfərin yararlandığı tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, maarifləndirici broşürlər paylanılıb.

Nəşr edilib : 17.09.2024 16:08