NAXÇIVAN :

04 Dekabr 2024, Çərşənbə

Ərdoğan: Türkiyə BMT TŞ-nin daimi üzvü statusunu almaqda çətinliklərlə üzləşir

...

Ankara BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü statusu almağa çalışır.

"Şərq qapısı" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan İstanbuldakı məsciddə cümə namazından sonra deyib.

“Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmağa çalışır, lakin hələlik bununla bağlı heç bir nəticə əldə etməyib”, - o bildirib.

Ərdoğan, həmçinin qeyd edib ki, TŞ-nin hazırkı daimi üzvləri Türkiyənin bu istiqamətdə göstərdiyi səylərə dəstək vermir.

Nəşr edilib : 27.09.2024 17:04