NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Ərdoğan: Hər ay 8 “Altay” tankı istehsal olunacaq

...

Türkiyədə ilk yeni "Altay" tanklarının təhvil verilməsi mərasimi keçirilib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "X" hesabında paylaşım edilib.

Mərasimdə çıxış edən Türkiyə Prezidenti bundan sonra hər ay 8 "Altay" və 10 "Altuğ" tankının istehsal olunacağını bildirib:

"Müdafiə sənayemizə qoyduğumuz investisiyanın dəyəri növbəti illərdə daha yaxşı anlaşılacaq. Bu gün "Altay" tankının ilkini ordumuza təqdim etmənin qürurunu yaşayırıq. Bu tank ən çətin şəraitlərə uyğunlaşdırılıb. "Altay"la birlikdə tank texnologiyasında yeni dövrün qapısını açmışıq".

Nəşr edilib : 28.10.2025 17:10