Naxçıvan Muxtar Respublikasında dekabr ayının 5-nə...
23:45 04.12.2024
0
0
0
“Türkiyə Şərq və Qərblə əlaqələri eyni vaxtda inkişaf etdirmək niyyətindədir, ancaq bu halda güclü və hörmətli olacaqdır”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, rəsmi Ankara nə Avropa İttifaqının, nə də Şanxay Əməkdaşlıq Təşkilatının xeyrinə seçim etmir:
“Türkiyə Şərqlə Qərblə əlaqələri eyni anda inkişaf etdirsə, güclü və hörmətli bir ölkə ola bilər. İstənilən başqa yol Türkiyəyə zərər verəcək. Bəzilərinin iddia etdiyi kimi biz Avropa İttifaqı və ŞƏT arasında seçim etmirik, seçim etmək məcburiyyətində də deyilik”.
Ərdoğan NATO-nun iyul sammitindən sonra bildirib ki, Türkiyə ŞƏT-in tamhüquqlu üzvü olmaq niyyətindədir. İndi o, təşkilatda müşahidəçi statusuna malikdir.
Eyni zamanda Ankara 2005-ci ildən rəsmi olaraq Aİ-yə tamhüquqlu üzv kimi daxil olmağa çalışır. Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Avropa İttifaqına üzvlük Ankara üçün strateji məqsəddir, lakin onun Aİ-yə inteqrasiyası məsələsinin Kiprdəki nizamlanma problemi ilə əlaqələndirilməsinin əleyhinədir.
Digər xəbərlər