Xudafərin körpüsünün işğaldan azad olunmasından al...
01:04 18.10.2026
0
0
0
Səudiyyə Ərəbistanının “Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünə həsr olunmuş məqalə dərc edilib.
"Şərq qapısı" xəbər verir ki, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Mütəllim Mirzəyev tərəfindən yazılan məqalədə ölkəmizin müstəqillik dövründə qazandığı siyasi və iqtisadi nailiyyətlər, ərazi bütövlüyü və suverenliyinin bərpası, eləcə də iki ölkə arasındakı münasibətlərdən bəhs olunub.
Məqalədə 1991-ci ildə müstəqilliyin bərpasının tarixi əhəmiyyəti, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin möhkəmləndirilməsi və “Əsrin müqaviləsi”nin ölkə iqtisadiyyatına töhfəsi vurğulanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, bərpaolunan enerji, nəqliyyat və loqistika sahələrində görülən işlər də diqqətə çatdırılıb.
Eyni zamanda, məqalədə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və Azərbaycanın regionda davamlı sülhün təmin olunması istiqamətində səyləri qeyd edilib.
Yazıda, həmçinin Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin siyasi, iqtisadi, enerji, investisiya və turizm sahələrində inkişaf etdiyi bildirilib. “ACWA Power” şirkətinin Azərbaycandakı investisiyaları və ölkəmizin Orta Dəhlizdəki strateji mövqeyinin yaratdığı imkanlar xüsusi vurğulanıb.
Digər xəbərlər