Babək rayonunda su anbarı dezinfeksiya edilib
15:08 23.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Sentyabrın 12-də Bakıda “Environmental Protection First” (EPF) Koalisiyasının üzvləri Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı brifinq keçiriblər.
Brifinqdə çıxış edən EPF Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov əvvəlcə koalisiyanın yaradılması məqsədlərindən söz açıb. Xatırladıb ki, EPF Koalisiyası 2023-cü ilin yayında ölkədə fəaliyyət göstərən dörd Qeyri-Hökumət Təşkilatı tərəfindən təsis edilib. Koalisiya 2023-cü ilin iyun ayında Ermənistanın xarici investorların dəstəyi ilə Azərbaycanın tarixi torpaqları olan Arazdəyən ərazisində metallurgiya zavodunu tikmək barədə bəyanat verməsindən sonra yaradılıb.
“Buna etiraz əlaməti olaraq, Azərbaycanda ətraf mühit sahəsində fəaliyyət göstərən QHT-lər bəyanat və etirazlarını səsləndirdilər. Sonra bu məsələni ciddi nəzarətə götürdük və prosesi izləməyə başladıq. Bu məqsədlə də koalisiya yaratdıq. Daha sonra bu sahə üzrə ixtisaslaşmış müstəqil ekspertləri də prosesə cəlb etdik. Mütəmadi olaraq səsləndirdiyimiz etiraz bəyanatları nəticəsində zavodun tikintisinin dayandırılmasına qərar verildi”, - deyən A.Məmmədov bildirib ki, 2023-cü ildə “Azərkosmos” tərəfindən Ermənistanın Azərbaycanla şərti sərhədində yerləşən 20-dən çox dağ-mədən sənayesi müəssisəsinin fəaliyyətinin kosmik təsvirləri təqdim edilib. Kosmik təsvirlərdə 1990-cı illərin sonlarından və son üç ilə yaxın müddətdə həmin ərazilərdəki dəyişiklik, torpaqların vizual təsviri əks olunurdu. Təsvirlərdən də görünürdü ki, dağ-mədən sahəsində fəaliyyət göstərən sənaye müəssisələrinin olduqları yerlərin ərazisi genişlənib. Həmçinin xəritələrdə torpaqların rənginin dəyişməsi, çirklənməsi müşahidə edilirdi. Bununla bağlı Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndələrin iştirakı ilə geniş təqdimat keçirilib.
Onun sözlərinə görə, 2024-cü ilin əvvəlində Ermənistanda fəaliyyət göstərən bir neçə QHT tarixi torpağımızda - Amuldağ yatağı olan ərazidə yeni yataqların istismarı ilə bağlı Ermənistan hökumətinin qərarına etiraz edib. EPF Koalisiyası da Ermənistanda yatağın istismarına etiraz edən QHT-lərlə həmrəy olduğunu bildirib. Buna görə də həmin QHT-ləri Ermənistanda Azərbaycana casusluq etməkdə günahlandırıblar.
Digər xəbərlər