Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərini...
13:09 24.09.2026
0
0
0
NAXÇIVAN :
24 Sentyabr 2026, Cümə axşamı
Zəngilan rayonunun Cahangirbəyli kəndində yenidən qurulan kənd və yaşayış məntəqələrinin layihələndirmə işləri yalnız fərdi yaşayış evlərinin inşası ilə yekunlaşmır. Burada əhalinin gündəlik zəruri tələbatlarının ödənilməsi, həmçinin rahat və müasir tələblərə uyğun yaşayış şəraitinin təmin olunması üçün qeyri-yaşayış obyektlərinin inşası da nəzərdə tutulub.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti icraçı direktorunun müavini Emil Ağazadə deyib.
“Əhalinin müasir və rahat həyat şəraiti ilə təmin olunması məqsədilə layihə çərçivəsində kommunikasiya xətlərinin və yol infrastrukturunun qurulması nəzərdə tutulub. Bu işlər istiqamətində artıq kommunikasiya xətlərinin çəkilməsi yekunlaşıb, sahədə son sınaq və tamamlama işləri icra edilir. Yenidən qurulan kəndlərin və yaşayış məntəqələrinin uzunmüddətli və təhlükəsiz istismara verilməsi isə əsas hədəflərdən biridir və bu istiqamətdə də Cahangirbəyli kəndinin yağış və sel sularından mühafizə tədbirləri çərçivəsində layihələndirmə işləri yekunlaşıb”, - deyə Emil Ağazadə bildirib.
O vurğulayıb ki, 30 il ərzində öz torpaqlarından didərgin düşmüş soydaşlarımızın öz dədə-baba torpaqlarına tez bir zamanda qayıtması üçün sahədə işlər sürətlə və mərhələli şəkildə icra olunur. “Lakin bununla paralel olaraq biz tikinti prosesi zamanı əsas diqqətimizi icra olunan işlərin layihələrə və tikinti normativlərinə uyğun aparılmasına, sahəyə gətirilən materialın keyfiyyət məsələlərinə xüsusi diqqət ayırırıq. Məhz bu səbəbdən gündəlik əsaslarda texniki nəzarət həyata keçirilir”.
Digər xəbərlər