NAXÇIVAN :

18 Sentyabr 2026, Cümə

Elnur Sultanov etimadnaməsinin surətini İsveç XİN-ə təqdim edib

...

Azərbaycanın İsveçdəki yeni səfiri Elnur Sultanov etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) təqdim edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycanın Stokholmdakı diplomatik missiyasının rəhbəri "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu gün mən etimadnaməmin surətini İsveç Krallığı Xarici İşlər Nazirliyinin Protokol şöbəsinin rəisi, səfir Sesiliya Rutström-Ruinə (Cecilia Ruthström-Ruin) təqdim etdim", - E.Sultanov vurğulayıb.

Qeyd edək ki, Elnur Sultanov 2026-cı ilin avqustunda Azərbaycanın İsveçdəki səfiri təyin edilib. Bundan əvvəl o, Azərbaycanın Latviyadakı diplomatik missiyasına rəhbərlik edib.

Nəşr edilib : 18.09.2026 16:54