NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Əlincə çayından Bənəniyar gölünə 6,5 km-lik yeni beton kanal salınır

...

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq Əlincə çayından qidalanan və Bənəniyar gölünə tökülən su kanalında yenidənqurma işləri davam etdirilir.

Belə ki, uzun illərdir, istifadə olunan və dövrün tələblərinə cavab verməyən kanalın yerində müasir standartlara uyğun uzunluğu 6550 metr və su tutumu 5 kub olan yeni beton kanal salınır.

 Layihəyə əsasən yeni  kanal gölə suyun fasiləsiz və tənzimlənən şəkildə çatdırılmasını təmin edəcək su balansının qorunmasını və eyni zamanda yerli əhalinin su təminatını yaxşılaşdıracaq.

Nəşr edilib : 08.01.2026 10:43