NAXÇIVAN :

08 Oktyabr 2024, Çərşənbə axşamı

Əli Nağıyev: Beynəlxalq terrorçuluqla mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin koordinasiyalı şəkildə təmin edilməsi vacibdir

...

Beynəlxalq terrorçuluqla və bütövlükdə təhlükəsizlik sisteminə təhdid hesab olunan hallarla mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin koordinasiyalı şəkildə təmin edilməsi vacibdir.

Bunu Bakıda keçirilən təhlükəsizlik forumunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev deyib.

Xidmət rəisi qeyd edib ki, builki forumun COP29 ərəfəsində keçirilməsi təsadüfi olmayıb:

“Enerji resurslarının daşınmasında istifadə olunan nəqliyyat xətlərini hədəf alan terror-təxribat aktlarının qlobal xarakterli iqtisadi və ekoloji fəlakətlərə səbəb ola biləcəyindən və bu xüsusda birgə səylərin daha da gücləndirilməsinin və ümumi fəaliyyətin səmərəliliyinin artırılması zəruridir”.

Nəşr edilib : 17.09.2024 09:15