NAXÇIVAN :

15 Aprel 2025, Çərşənbə axşamı

Əli Əsədov Rumıniya Parlamenti Senatının sədri ilə görüşüb

...

Azərbaycanın Baş naziri Əli Əsədov Rumıniya Parlamenti Senatının Sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanla görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. 

Görüşdə Azərbaycan-Rumıniya əlaqələrinin strateji tərəfdaşlıq əsasında dinamik inkişafından məmnunluq ifadə olunub.

Siyasi dialoqun yüksək səviyyədə olduğu bildirilib, dövlət başçıları və digər səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın və qarşılıqlı dəstəyin önəmi qeyd edilib.

Parlamentlərarası əməkdaşlığa toxunularaq parlament səviyyəsində qarşılıqlı səfərlərin, həmçinin hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanla Rumıniya arasında ticarət-iqtisadi, investisiya, neft-qaz, yaşıl enerji, nəqliyyat, dövlət xidmətlərinin göstərilməsi, humanitar və digər istiqamətlərdə əməkdaşlığın genişlənməsi qeyd olunub.

Eyni zamanda qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nəşr edilib : 14.04.2025 17:36