NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Əli Əhmədov: Xaricdən edilən təhdidlər Azərbaycan cəmiyyətini daha da birləşdirir

...

Bu gün ölkəmizə xaricdən təhdidlərin edilməsi Azərbaycan cəmiyyətini daha da birləşdirir və onun təhdidlərə qarşı immunitetini daha da möhkəmləndirir.

"Şərq qapısı" xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Azərbaycan parlamentinin oktyabrın 18-də keçirilən plenar iclasında deyib.

Azərbaycan xalqının bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiyini söyləyən Əli Əhmədov əlavə edib ki, bu fakt Azərbaycan xalqının birliyini önəmli amilə çevirib.

“Azərbaycan sülh proqramını açıq şəkildə bəyan edib. Ölkəmiz kimlərinsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq sülh siyasətini həyata keçirməkdə davam edir”, - deyə parlament sədrinin birinci müavini vurğulayıb.

Nəşr edilib : 18.10.2024 12:10