NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Elçin Əmirbəyov Avstriyada Aİ-Azərbaycan münasibətlərini müzakirə edib

...

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov işgüzar səfər çərçivəsində Avstriyada bir sıra görüşlər keçirib.

"Şərq qapısı" xəbər verir ki, o, Milli Şuranın sədri Valter Rozenkrants, kanslerin qlobal məsələlər üzrə xüsusi nümayəndəsi Peter Launski-Tiffental və Federal Avropa və Beynəlxalq Əlaqələr Nazirliyinin xarici işlər üzrə baş katibi Nikolaus Marşiklə görüşüb.

Səfər zamanı Əmirbəyov Beynəlxalq Sülh İnstitutunda keçirilən dəyirmi masada iştirak edib və Avstriya mediasına müsahibə verib.

Görüşlərdə Azərbaycan–Avstriya, Azərbaycan–Avropa İttifaqı münasibətləri, Azərbaycan–Ermənistan normallaşma prosesi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Nəşr edilib : 19.09.2025 17:33