MDB İcraiyyə Komitəsi: Uğurlu COP29 Azərbaycanı iq...
17:02 23.11.2024
0
0
0
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilən və hər il keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Turanə Atakişiyevanın "Ekranı bağla, həyatı aç!" layihəsinin açılış tədbiri keçirilib.
Tədbirdə məktəbin şagirdləri, valideynlər, millət vəkilləri, müxtəlif dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.
Qeyd edək ki, "Ekranı bağla, həyatı aç" layihəsi müasir dövrdə uşaq və yeniyetmələrin ekran asılılığının artması problemi ilə mübarizə aparmaq, onların sağlam həyat tərzinə yönləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədi daşıyır.
Layihənin icrası zamanı şagirdlərin müxtəlif təlim və seminarlarda, interaktiv oyunlarda, idman yarışlarında iştirakı, əl işləri ilə məşğul olması, təbiət gəzintilərinə çıxması nəzərdə tutulur.
Digər xəbərlər