Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, 3 oktyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Naxçıvan Musiqi Kollecində “Qadınların iştirakı ilə ekosistemin idarə edilməsi” mövzusunda tədbir keçiriləcək.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Musiqi Kollecinin direktor müavini Fətəli Axundzadə ekoloji mədəniyyətin formalaşmasında kişilərlə yanaşı, qadınların da rolunu qeyd edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova təqdimatla çıxış edərək bildirib ki, iqlim dəyişiklikləri qadın və kişilərə müxtəlif formada təsir edir. Bunların sırasında sağlamlıq, xüsusilə də reproduktiv sağlamlıq, ərzaq və qida təhlükəsizliyi, ekoloji mühitin müdafiəsi, sosial-iqtisadi məsələlər, məskunlaşma və digər problemləri qeyd edə bilərik. Artıq beynəlxalq ictimaiyyət səviyyəsində etiraf olunur ki, iqlim dəyişikliyi probleminin həlli bu prosesin sosial aspektlərini nəzərə almadan, müxtəlif insan qruplarına təsirini qiymətləndirmədən, ümumilikdə, qadın və kişilərin bərabər iştirakı olmadan mümkün deyil.
66 nəfərin yararlandığı tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Digər xəbərlər