NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

“Ekoloji təhsil” layihəsi çərçivəsində növbəti tədbir Ordubad rayonunun Baş Dizə kənd tam orta məktəbində təşkil olunub

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə 2024-2025-ci illər üçün "Ekoloji təhsil” layihəsi həyata keçirilir.
“Ekoloji təhsil” layihəsi çərçivəsində növbəti tədbir Ordubad rayonunun  Baş Dizə, Biləv, Parağa, Gilançay, Behrud kənd məktəbliləri üçün təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Elsanə Qurbanlı çıxış edərək "Ekoloji təhsil”in  ekoloji problemlərin həlli istiqamətində məktəblilər üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, məktəblilərin ekoloji maarifləndirmə əhatəsini genişləndirmək, onların ətraf mühitin qorunmasında fəal iştirakını təmin etmək, onlara daha yaşıl və sağlam bir dünya inşa etmək məqsədilə məktəblərdə "Ekoloji təhsil" layihəsi icra olunur. 
Şagirdlərlə qarşılıqlı müzakirə şəklində davam edən təlimdə ətraf mühitin qorunması, tullantıların düzgün idarə olunması, suya qənaət və enerji səmərəliliyi haqqında məlumatlar verilib, məktəblilərin ekoloji biliklərinin artırılması məqsədilə videoçarx nümayiş etdirilib
Daha sonra məktəblilərə müxtəlif növ ağac tingləri paylanılıb və məktəblilər həmin ağacları məktəbin həyətinə əkiblər.
Qeyd edək ki, layihə müddətində Naxçıvan Muxtar Respublikasının bütün ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində müxtəlif yaş qrupları üzrə yeni metodlarla seminarlar, təlimlər, müsabiqələr təşkil olunacaq.

Bülbül Quliyeva

Nəşr edilib : 05.12.2024 20:27