NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Əfqanıstan BRICS sammitində iştirak edə bilər

...

Əfqanıstan nümayəndə heyəti Kazanda keçiriləcək BRICS sammitində və ya təşkilatın növbəti yüksək səviyyəli iclasında iştirak edə bilər.

"Şərq qapısı" TASS-a istinadən xəbər verir ki, bunu “Taliban” hökumətinin ticarət və sənaye naziri Nuriddin Əzizi deyib.

“Bizim BRICS sammitində iştirak etmək üçün göndərdiyimiz məktuba təşkilat rəsmiləri tərəfindən baxılır. Ola bilsin ki, bu dəfə və ya gələn dəfə BRICS sammitində iştirak edəcəyik”, - deyə o, Qazaxıstan-Əfqanıstan biznes forumunun kuluarlarında bildirib.

N.Əzizinin sözlərinə görə, Əfqanıstan müşahidəçi qismində iştirak etmək istəyir.

Nəşr edilib : 22.10.2024 12:10