DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər ...
11:04 07.10.2026
0
0
0
Bu ilin 9 ayında dövlət rüsumlarının hesablanması, ödənilməsi və büdcəyə daxilolmalarına nəzarət proseslərinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində “e-rüsum” altsistemi üzrə mühüm nəticələr əldə olunub.
Maliyyə Nazirliyindən bildirilib ki, hesabat dövrünün nəticələrinə əsasən, “e-rüsum” informasiya sistemi üzrə 125 min 245 elektron bildiriş və 115 min 370 elektron qəbz formalaşdırılıb. Sistem üzərindən ödənilmiş dövlət rüsumlarının məbləği 52 milyon 662 min manat təşkil edib.
Qeyd edək ki, “e-rüsum” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) altsistemlərindən biridir. Bu altsistem “e-bildiriş”lərin təqdim edilməsini, hesablanmış dövlət rüsumları haqqında məlumatların real vaxt rejimində əldə olunmasını, artıq və ya düzgün tutulmamış rüsumlarla bağlı müraciətlərin elektron qaydada idarə olunmasını, həmçinin dövlət rüsumlarının büdcəyə köçürülməsinə elektron nəzarətin və uçotun aparılmasını təmin edir.
Digər xəbərlər