NAXÇIVAN :

29 Noyabr 2024, Cümə

Dünya çempionatında medal qazanmış Azərbaycan atıcıları təltif ediliblər

...

Azərbaycan Atıcılıq Federasiyasının (AAF) Perunun Lima şəhərində keçirilmiş gənclər arasında dünya çempionatında yüksək nəticə göstərən idmançıları təltif olunublar.

Qurumdan verilən məlumata görə, AAF-nin vitse-prezidentləri Zemfira Meftahətdinova və Tofiq Bəylərov medal qazanan idmançıları, habelə onların inkişafında və hazırlığında böyük rol oynayan şəxsi məşqçilərini xüsusi mükafatlarla təltif ediblər.

Mükafatlandırma mərasimində idmançıların əldə etdiyi nailiyyətlərin ölkənin atıcılıq idmanının inkişafına verdiyi töhfələr vurğulanıb, onların gələcəkdə daha böyük uğurlara imza atacaqlarına inam ifadə olunub.

Z.Meftahətdinova bu cür nailiyyətlərin Azərbaycan atıcılıq idmanının beynəlxalq arenada mövqeyini daha da gücləndirdiyini və idmançılarımızın bu sahədə daha böyük qələbələrə doğru irəliləməsinə şərait yaratdığını diqqətə çatdırıb.

Xatırladaq ki, Azərbaycan atıcıları mundialı 3 medalla başa vurublar. 50 metr məsafəyə atəş açmada oğlanlar arasında İmran Qarayev 552 xalla Rumıniya təmsilçisini geridə qoyaraq dünya çempionu olub. Sofiya Barxalova (535 xal) isə qızlar arasında bürünc mükafata yiyələnib.

Komandalar arasında keçirilmiş yarışda isə Zeynəb Sultanova, Leyli Əliyeva və Sofiya Barxalovadan ibarət kollektiv 10 metr məsafəyə pnevmatik tapançadan atəşdə yalnız Hindistan komandasından geri qalaraq gümüş medala layiq görülüb.

Nəşr edilib : 12.10.2024 17:26