Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçiri...
16:00 02.10.2026
0
0
0
Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir. Ölkənin aşağı dövlət borcu, təmkinli fiskal və monetar siyasəti var.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Simone Pryce CAMCA Regional Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, karbohidrogenlər hələ də Azərbaycan iqtisadiyyatında mühüm yer tutur.
“Biznes mühitinin yaxşılaşdırılması, rəqabətin gücləndirilməsi və özəl sektorun iqtisadiyyatda daha fəal iştirakının təşviqinə yönəlmiş islahatlar həyata keçirilmədiyi təqdirdə, ortamüddətli artımın 2 faizdən aşağı olacağı proqnozlaşdırılır. Bu, çox uğurlu iqtisadiyyatdır. Cənubi Qafqaz Mərkəzi Asiya ilə Avropa arasında yolayrıcında yerləşir. Bu coğrafi mövqe regionun təbii sərvətləri və zəngin tarixi ilə birlikdə onu geosiyasi diqqət mərkəzinə çevirir. Belə mürəkkəb coğrafiyada düzgün istiqamət seçmək, mövcud imkanları görmək və onlardan səmərəli istifadə etmək geniş baxış və yüksək bacarıq tələb edir. Mənim region üçün əsas mesajım belədir: Güc birlikdədir və əməkdaşlıq uğur gətirir. Orta Dəhlizin uğuru, ilk növbədə, bizneslərin onu rəqabətqabiliyyətli, etibarlı, proqnozlaşdırıla bilən və investisiya qoyuluşu üçün cəlbedici hesab edib-etməməsindən asılı olacaq. Ən başlıcası isə insanların və iqtisadiyyatların burada yaranan iqtisadi imkanlardan və əlavə dəyərdən tam şəkildə yararlana bilməsidir", - deyə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru əlavə edib.
Digər xəbərlər