Türkiyə səfiri: Heydər Əliyevi vəfatının 21-ci ild...
10:48 12.12.2024
0
0
0
NAXÇIVAN :
12 Dekabr 2024, Cümə axşamı
Beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübəyə malik Azərbaycanın növbəti dəfə belə bir marafona qoşulması hazırda bütün dünyanın diqqət mərkəzindədir. Təbii ki, COP29-a ev sahibliyi etmək və bu qərarın dünya ölkələri tərəfindən böyük razılıqla dəstəklənməsi sıradan bir iş deyil. Hələ 2016-cı il aprelin 22-də Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında qurumun İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasına imza atan 171 ölkədən biri də məhz Azərbaycan Respublikası idi. Paris sazişinin əsas müddəalarından biri də budur ki, ölkəmiz baza ili kimi müəyyənləşdirilən 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasına dair öhdəlik götürüb. Digər tərəfdən, Azərbaycan özünün gələcək milli inkişafının əsas istiqamətini “yaşıl” ölkəyə çevrilmək prinsipi üzərində qurub. Belə ki, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi mühüm hədəf kimi müəyyənləşdirilib.
Vurğulamaq lazımdır ki, Azərbaycan indiyədək qarşıya qoyduğu istənilən məqsədə çatıb və hazırda ölkəmizin təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi üçün də kifayət qədər imkanları var. Nəzərə alaq ki, mütəxəssislərin hesablamalarına görə, Azərbaycanın quru ərazisində 37 qiqavatlıq külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisi olmaqla, bütövlükdə, bərpa olunan enerji sahəsində 200 qiqavata yaxın bir potensialın olduğu qiymətləndirilir.
Burada diqqət edilməli məqamlardan biri də Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsidir. Təsadüfi deyil ki, Bakının bu qərarına yekdil həmrəyliyin ortaya qoyulması da Azərbaycana olan yüksək etimadın göstəricisidir. Nəzərə alaq ki, bütün bu proseslər Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı reallıqlar fonunda baş verir. Deməli, artıq dünya birliyi də Cənubi Qafqazda ölkəmizin qətiyyəti ilə formalaşmış real vəziyyəti anlayır və etiraf edir. Elə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin ölkəmizə həvalə edilməsi də bu inam və etibardan irəli gəlir.
Qeyd etmək lazımdır ki, iqlim dəyişiklikləri ilə bağlı məsələlər hazırda dünya birliyi tərəfindən ən çox diqqət və müzakirə edilən mövzulardan biridir. Bu müzakirələrdə Azərbaycanın daha çox diqqət mərkəzində olması da təsadüfi deyil. Bu yaxınlarda keçirilən Münhen Təhlükəsizlik Konfransı da bunu bir daha göstərdi. Həmin konfrans çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri ilə görüşündə iqlim maliyyələşdirilməsinin COP29-un əsas mövzusu olacağını bildirdi və qeyd etdi ki, Azərbaycan bu istiqamətdə səylərini davam etdirəcək. Dövlət başçısı Azərbaycanın milli səviyyədə bərpa olunan enerji və “yaşıl keçid” prosesi sahəsində ciddi tədbirlər həyata keçirdiyini və bu istiqamətdə qlobal miqyasda olan tədbirləri yaxından dəstəklədiyini vurğuladı. Con Kerri də, öz növbəsində, cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar təbrik edərək iqlim maliyyələşdirilməsi mövzusunun gündəlikdə duran əsas məsələlərdən biri olduğunu vurğuladı və hazırda “yaşıl” keçidlə əlaqədar texnoloji inkişafın çox sürətlə getdiyini və bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu, Bakıda da qəbul ediləcək qərarların iqlim dəyişikliyi prosesində beynəlxalq səylərə ciddi təkan verəcəyinə ümidvar olduğunu bildirdi. Ölkə başçısının Almaniyada keçirdiyi bütün görüşlərdə (həm də qarşı tərəflərin müraciəti əsasında) iqlim dəyişikliyi əsas müzakirə mövzusu oldu. Belə ki, həmin gün ABŞ-ın Dövlət katibi Antoni Blinken Azərbaycanın COP rəhbərliyini öz üzərinə götürməsi baxımından çox vacib olduğunu vurğuladı və bu münasibətlə təbriklərini çatdırdı. Həmçinin Prezidentin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və planlaşdırma üzrə icraçı vitse-prezidenti Maroş Şevçoviç, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir, ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmid, Münhen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqen və başqaları ilə görüşləri zamanı da COP29-la bağlı ətraflı müzakirələr aparıldı, Bakının bu məsələyə mühüm töhfə verəcəyinə böyük inam olduğu vurğulandı.
Digər tərəfdən, Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyalarında Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin COP29-da əsas vəzifələrdən biri kimi maliyyələşdirmə mexanizmləri haqqında müzakirələrdə iştirak etməsi, ABŞ Dövlət Departamentində Azərbaycanın energetika naziri Pərviz Şahbazovun COP29-la bağlı ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk, ABŞ Enerji Departamentinin katibi Cennifer Qranholm ilə görüşündə ikitərəfli enerji əməkdaşlığının yeni mərhələdə inkişafı ilə bağlı aparılan müzakirələr mövzunun nə qədər diqqət mərkəzində olduğunu göstərir.
Bütün bunlar onu göstərir ki, Azərbaycan hazırda dünya ölkələrinin “yaşıl platforma”ya keçidində ön sıradadır və ölkəmizin potensialı, strateji, iqtisadi və siyasi nüfuzu qarşıya qoyulan məqsədlərə çatmaqda əsas rol oynayır. Bu həm də onun göstəricisidir ki, dünya Azərbaycanın “yaşıl platforma” strategiyasına böyük önəm verir.
Səbuhi HƏSƏNOV
Digər xəbərlər