NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Dövlət Xidmətinin hərbi qulluqçularına medallar təqdim olunub

...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Prezident İlham Əliyevin 2025-ci il 13 fevral tarixli Sərəncamına əsasən, Xidmətin təltif edilmiş hərbi qulluqçularına medalların təqdim olunması mərasimi keçirilib.

Bu barədə Dövlət Xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə əsasən, polkovnik Babayev Azər Ələddin oğlu və polkovnik Qasımov Elnur Əhməd oğlu “Vətən uğrunda”, həmçinin mayor Qayqiyev Şamil Mahama oğlu isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov dövlət başçısına Xidmətin şəxsi heyətinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. Sonra təltif edilən hərbi qulluqçulara medallarını təntənəli şəkildə təqdim edərək, onları bir daha təbrik edib və xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, adları qeyd olunan hərbi qulluqçular xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə medala layiq görülüblər.

Nəşr edilib : 14.04.2025 11:08