NAXÇIVAN :

22 Aprel 2025, Çərşənbə axşamı

Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşları təsdiqlənib

...

Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə qərar qəbul edib.

"Şərq qapısı" xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Dövlət Vergi Xidmətinin aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşları yeni redaksiyada təsdiqlənib. 

Qərar bu il yanvarın 1-dən qüvvəyə minir.

Nəşr edilib : 22.04.2025 14:01