Hikmət Hacıyev: Azərbaycan və BƏƏ həmfikir, strate...
15:08 16.09.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi Aparatının “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində fəaliyyəti ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğu təsdiq edən sertifikatla qiymətləndirilib.
Sertifikat komitənin qeyd olunan sahədə fəaliyyətinin beynəlxalq standartın tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə keçirilən sertifikatlaşdırma auditinin nəticələrinə əsasən təqdim olunub.
2026-cı ilin may ayında keçirilən audit sınaq, təftiş və sertifikatlaşdırma sahəsində beynəlxalq səviyyədə tanınmış “SGS” şirkətinin yerli nümayəndəsi – “SGS Azerbaijan” MMC-nin audit qrupu tərəfindən aparılıb.
Beləliklə, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin Aparatı ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğunu təsdiq edən sertifikata layiq görülüb.
Digər xəbərlər