NAXÇIVAN :

25 Sentyabr 2026, Cümə

Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin yeni üsulları müəyyənləşir

...

Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin yeni üsulları müəyyənləşir.

"Şərq qapısı" xəbər verir ki, bu, yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində öz əksini tapıb.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata keçiriləcək. Qiymətləndirilmə dövründə 3 aydan az rəhbərlik etmiş bilavasitə rəhbərin və onun vəzifələrini həvalə etdiyi şəxslərin dövlət qulluqçusunun xidməti fəaliyyətini qiymətləndirməsinə yol verilməyəcək.

Layihədə vurğulanıb ki, hər bir tapşırığın tələb olunan səviyyədə icra edilməsi müvafiq olaraq, ǝla, yaxşı, kafi, qeyri-kafi qiymətləndiriləcək. Dövlət qulluqçusunun xidməti fəaliyyəti qiymətləndirilərkən verilən qiymətlər əsaslandırılmalıdır. Dövlət orqanı üzrə qiymətləndirilmə aparılan tarixə xidməti fəaliyyəti "əla" və ya "yaxşı" qiymətləndirilən inzibati vəzifə tutan dövlət qulluqçularının sayı hər bir qiymət üzrə həmin dövlət orqanı üzrə inzibati vəzifədə qiymətləndirilməsi aparılan dövlət qulluqçularının ümumi sayının 10 faizindən artıq olmamalıdır.

Həmçinin dövlət qulluqçusunun xidməti fəaliyyəti hər bir səriştə üzrə həmişə nümayiş etdirib, tez-tez nümayiş etdirib, nadir hallarda nümayiş etdirib, heç vaxt nümayiş etdirməyib kimi qiymətləndiriəcək.

Nəşr edilib : 25.09.2026 11:18