Bir yüksəlişin tarixi
16:39 18.10.2026
0
0
0
Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri Saksoniya-Anhalt əyalətində keçirilən həvəskar boks üzrə “Falkensteiner Box Gala” turnirində uğurla çıxış ediblər.
"Şərq qapısı" xəbər verir ki, “Aşersleben” boks klubu tərəfindən təşkil olunan turnirdə “Odlar Yurdu” klubunun üç idmançısı - Angelo Halili (50 kq), Dmitro Turkulets (60 kq) və Oliver Rzeszutek (70 kq) mübarizə aparıblar.
D.Turkulets və O.Rzeszutek qarşılaşmaları qələbə ilə başa vurublar.
“Odlar Yurdu” boks klubunun rəhbəri, IBF Avropa kəmərinin və bir sıra digər beynəlxalq kəmərlərin sahibi, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Azad Əzizov bu uğuru 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr etdiklərini bildirib. O vurğulayıb ki, “Odlar Yurdu” boks klubunun üzvləri müxtəlif turnirlərdə qələbələr qazanmaqla doğma Vətənə və milli dəyərlərə bağlılıqlarını, Azərbaycanı uğurla təmsil etmək əzmlərini nümayiş etdirirlər. A.Əzizov bu turnirdə qazanılan nəticənin klubun yeniyetmə boksçularının yarış təcrübəsinin artırılması və idman hazırlığının inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib.
Digər xəbərlər