Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
“Diqqət, uşaqlar!” devizi altında keçirilən təhlükəsizlik aylığı çərçivəsində məktəblilərə küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması, onların bu sahədə məsuliyyət hissinin gücləndirilməsi məqsədilə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin təçkilatçılığı ilə Şərur şəhərində yerləşən Fizika-Riyaziyyat Təmayüllü Liseydə maarifləndirmə xarakterli görüş keçirilib.
Görüşdə çıxış edən Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Ayaz İsmayılov şagirdlərə küçə və yollarda təhlükəsiz hərəkət qaydaları, sürücü-piyada münasibətləri, nizamlanan və nizamlanmayan piyada keçidləri, işıqfor siqnalları, velosiped və elektroskutur sürücülərinin, həmçinin sərnişinlərin vəzifələri haqqında ətraflı məlumatlar verib.
Tədbirin sonunda yol hərəkəti qaydaları haqqında video çarxlar nümayiş olunub.
Digər xəbərlər