NAXÇIVAN :

02 May 2026, Şənbə

Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər

...

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər.

"Şərq qapısı" xəbər verir ki, xarici nümayəndələrə Şuşa şəhərinin tarixi barədə məlumat verilib.

Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Nəşr edilib : 01.05.2026 18:30