NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

DİN süni intellektlə bağlı xəbərdarlıq edir

...

Daxili İşlər Nazirliyi süni intellektlə bağlı əhaliyə xəbərdarlıq edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Xəbərdarlıqda bildirilib ki, süni intellekt texnologiyasından istifadə hallarının atdığı bir dövrdə kiberhücumlara məruzqalma halları müşahidə olunur:

"Etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatları üçüncü tərəflərə ötürə və nəticədə kiberdələduzların hücumlarını asanlaşdıra bilər. Süni intellektdən istifadə edərkən müəssisənizə aid məxfi məlumatları da qarşı tərəfə ötürmək eyni sonluqla nəticələnə bilər.

Qeyd olunanları nəzərə alaraq bir daha çağırış edirik ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, süni intellekt xidmətlərindən istifadə edərkən fərdi məlumatlarını qarşı tərəfə ötürməkdən çəkinsinlər".

Nəşr edilib : 28.01.2025 11:19