NAXÇIVAN :

11 Aprel 2025, Cümə

DİN: Ötən gün polis əməkdaşları tərəfindən 31 cinayətin açılması təmin olunub

...

Martın 20-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə, ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Nəşr edilib : 21.03.2025 10:32