NAXÇIVAN :

29 Noyabr 2024, Cümə

DİM: PMS imtahanını verəcək namizədlər buraxılış vərəqələrini çap edə bilərlər

...

Oktyabrın 20-də peşəkar mühasib sertifikatı (PMS) imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, namizədlər imtahana buraxılış vərəqəsini buradan çap edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Nəşr edilib : 15.10.2024 17:18