NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

DİM: Gün ərzində 1,7 min elektron imtahan keçiriləcək

...

Bu ilin əvvəlindən Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən istifadənin sayı 11 milyonu ötüb.

Bunu DİM-in maliyyə müdiri Rahib Allahverdiyev mühasiblərin və auditorların VIII Avrasiya forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu təbii ki, ciddi rəqəmdir: “Bu da, dövlət orqanları arasında ön sıralarda qərarlaşmamıza səbəb olub”.

O qeyd edib ki, elektron xidmətlərin genişləndirilməsi, kağız istifadəsini miniuma endirilməsi, resurslara qənaət edilməsi, təhsil sektorunda davamlı inkişafın təmin edilməsi üçün qətiyyətli addımlar atırıq.

“Bu yaxınlarda DİM elektron imtahanlar korpusunu istifadəyə verib. Burda bulud əsaslı texnologiyadan istifadə edilir. Burda 45 növ elektron imtahan növü var. Gün ərzində ikinövbəli şəkildə 1,7 min elektron imtahan keçiriləcək.

2023-2024-cü illərdə DİM tərəfindən keçirilən elektron imtahanlara qeydiyyat sayı 14 299 olub. İştirakçı sayı isə 12 792 təşkil edib”, - o qeyd edib.

Nəşr edilib : 19.09.2024 14:40