NAXÇIVAN :

03 Fevral 2025, Bazar ertəsi

Deputat: YAP bələdiyyə seçkilərində növbəti qələbəsini qazandı

...

Deputat Siyavuş Novruzov yanvarın 29-da baş tutan bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının qələbə qazandığını və bunun YAP-ın növbəti uğuru olduğunu bildirib.

"Şərq qapısı" xəbər verir ki, Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasında S.Novruzov qeyd edib ki, Azərbaycanda azad, ədalətli, demokratik seçkilər keçirilməklə yeni bələdiyyələr formalaşdı:

"Onlar bundan sonra da öz fəaliyyətlərini davam etdirəcəklər. Bələdiyyələr azad seçki nəticəsində formalaşıb”.

Nəşr edilib : 03.02.2025 11:29