Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 81 nə...
10:47 07.04.2025
0
0
0
NAXÇIVAN :
07 Aprel 2025, Bazar ertəsi
“Şimali Makedoniya Azərbaycanın enerji sahəsində son dövrlərdə əməkdaşlıq əlaqələri qurduğu Avropa ölkələrindən biridir. Ötən ilin sonlarından etibarən bu respublikaya Azərbaycan qazının nəqlinə başlanılıb və bu prosesin gələcəkdə də davam etdirilməsi planlaşdırılır. Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfəri çərçivəsində keçirilən təkbətək görüşün ardından mətbuata verilən bəyanatlarda hər iki lider iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı mühüm mesajlar səsləndirmişdir”.
Bu fikirləri “Şərq qapısı” qəzetinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevinc Həsənova bildirib.
Deputat qeyd edib ki, Azərbaycan hər zaman inkişaf etməkdə olan kiçik dövlətlərin haqlarını ən yüksək səviyyədə müdafiə edib. Ötən il Bakıda keçirilən COP29 tədbiri də bu baxımdan nümunəvi hesab oluna bilər. Həmin konfrans Şimali Makedoniya ilə əlaqələrdə yeni mərhələnin başlanğıcını qoyub. COP29 çərçivəsində Prezident İlham Əliyevin dəvəti əsasında xanım Qordana Silyanovska-Davkovanın ikinci dəfə ölkəmizə səfəri yeni əməkdaşlıq imkanlarının formalaşması baxımından perspektivlər açıb. Liderlər siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulamaqla yanaşı, iqtisadi münasibətlərin daha da dərinləşdirilməsinin zəruriliyini qeyd ediblər.
“Azərbaycanla Şimali Makedoniya arasındakı münasibətlər təkcə enerji sahəsi ilə məhdudlaşmır, eyni zamanda mədəni və humanitar sahələri də əhatə edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, əvvəlki səfəri çərçivəsində xanım Qordana Silyanovska-Davkova Azərbaycanın mədəni həyatı ilə tanış olmuşdu və budəfəki səfər də bu baxımdan mühüm məqamlarla yadda qalacaq. Xüsusilə Şimali Makedoniya liderinin “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” mövzusunda keçiriləcək XII Qlobal Bakı Forumunda iştirakı ikitərəfli dialoqların genişlənməsinə və əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcək” , – deyə Sevinc Həsənova əlavə edib.
Digər xəbərlər