Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistan...
13:00 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son iki gündə işğaldan azad olunmuş ərazilərə səfərləri hər birimizin böyük sevincinə səbəb olub. Prezidentin Xocavənd, Xocalı, Xankəndi səfərləri həm bölgələrin dirçəlişini, həm də xalqın Böyük Qayıdış arzusunun gerçəyə çevrildiyini göstərir".
Bu sözləri "Şərq qapısı"na müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aynur Babayeva deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara ardıcıl səfərləri xalqımız üçün böyük mənəvi güc və qürur mənbəyidir: "Bu səfərlər bir daha təsdiqləyir ki, Azərbaycanın Müzəffər Ali Baş Komandanı yalnız torpaqları işğaldan xilas etməklə kifayətlənmədi, həm də həmin ərazilərdə yeni həyat qurmaq üçün möhkəm təməl qoydu”.
Onun sözlərinə görə, bu gün Hadrut, Qırmızı Bazar qəsəbələri və Sos kəndlərində aparılan abadlıq işləri dövlətin gücünü və xalqın birliyini əks etdirir: “Şəhərlərimiz, kəndlərimiz bərpa olunur, yollar salınır, məktəblər, sosial obyektlər istifadəyə verilir. Bütün bunlar Böyük Qayıdışın reallığa çevrildiyini göstərir. Bu proses gələcək nəsillərə əsl dövlətçilik dərsi kimi qalacaq”.
Aynur Babayeva vurğulayıb ki, Naxçıvanda da bu sevinc və qürur dərin hiss olunur: “Hər bir azərbaycanlı üçün fəxrdir ki, dövlətimizin qüdrəti və Ali Baş Komandanın qətiyyəti sayəsində qazanılan Zəfər bu gün həyatın bütün sahələrində öz bəhrəsini verir. Bu, xalqın rifahına, ölkəmizin sabahına hesablanmış möhtəşəm inkişaf yoludur”.
Digər xəbərlər