Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə telefonla...
20:51 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) nazirliyin aparatında və Bakı şəhərində yerləşən müvafiq qurumlarda, eləcə də Şuşa, Salyan, Masallı, Lənkəran və Kürdəmir “ASAN xidmət” mərkəzlərində Daxili İşlər Nazirliyinin göstərdiyi xidmətlər üzrə vakant olan sıravi və kiçik rəis heyəti (operator) vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən, Bakı şəhərində və yuxarıda qeyd olunan rayonlarda yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının qadın cinsli vətəndaşları iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, fiziki hazırlıqları və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılaraq, kompüterdə işləmək bacarıqları olan, məsuliyyətli, diqqətli, ən azı xarici dillərdən birini sərbəst bilən və ailəli şəxslərə üstünlük veriləcək.
Müsabiqə qaliblərinə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə veriləcək və qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil edilən bütün imtiyazlardan istifadə hüququ olacaq.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2024-cü il oktyabrın 21-dən noyabrın 10-dək Daxili İşlər Nazirliyinin internet saytında /www.mia.gov.az/ yerləşdirilmiş elektron ərizə formasını və anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsilə DİN-in Baş Kadrlar İdarəsinin bki@mia.gov.az elektron ünvanına göndərməlidirlər.
Müraciət etmiş şəxslər müsabiqədə iştirak etmək üçün dəvət edilərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Şəxsiyyət vəsiqəsi;
- Ali təhsil haqqında diplom;
- Əmək kitabçası (olanlar üçün);
Əlavə məlumat üçün əlaqə telefonları:
şəhər: (012) 590-80-63,
(012) 590-94-35,
daxili: 80-63, 14-35
Digər xəbərlər