NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Darıdağ avtomobil yolunda təmir işləri həyata keçirilir

...

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda yerli əhəmiyyətli yolların təmiri nəzərdə tutulub. 
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, Dövlət Proqramının icrasına uyğun olaraq agentlik tərəfindən uzunluğu 3,7 kilometr olan “Darıdağ” Arsenli Su Müalicə Mərkəzinə aparan avtomobil yolunda keyfiyyətin artırılması məqsədilə üçüncü qat asfalt işləri həyata keçirilir. Bu təbəqə yolun dözümlülüyünü yüksəltməklə yanaşı, həm də hərəkət təhlükəsizliyini təmin edəcək. 
Hazırda işlər standartlara uyğun icra olunur.

Nəşr edilib : 31.10.2024 09:56