Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişd...
14:02 09.09.2026
0
0
0
NAXÇIVAN :
09 Sentyabr 2026, Çərşənbə
Bu il COP geosiyasi gərginlik, enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar və qlobal qeyri-müəyyənlik fonunda keçirilir. Çoxtərəflilik uzun müddətdir bu səviyyədə sınaqla üzləşməyib. Aydındır ki, beynəlxalq əməkdaşlıq və çoxtərəflilik heç vaxt indiki qədər vacib olmayıb.
"Şərq qapısı" xəbər verir ki, bunu Avstraliyanın COP31 danışıqları üzrə Prezidentliyində İcraçı direktor müavini David Higgins Bakıda Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, Aralıq dənizindən Sakit okeana qədər uzanan unikal COP31 tərəfdaşlığımız on il əvvəl Parisdə kollektiv şəkildə razılaşdırdığımız yolla irəliləyərkən insanları bir araya gətirmək üçün misli görünməmiş imkan yaradır.
“COP31-in Prezidenti və danışıqlar üzrə rəhbərliyi olaraq biz şəffaf, inklüziv və əməkdaşlığa əsaslanan sədrliyə sadiq olacağıq. Sizi dinləyəcək, təcrübənizi nəzərə alacaq və praktiki nailiyyət əldə etmək üçün bir-birimizi daha yaxşı nəticələrə çatmağa təşviq edəcəyik. Yəqin ki, bunu daha əvvəl də eşitmisiniz: COP31 icra və həyata keçirmə COP-u olacaq. Biz artıq qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsini təmin etmək, insanlar üçün real və nəzərəçarpacaq faydalar yaratmaq və xüsusilə iqlim dəyişikliyinin ön cəbhəsində olanlara diqqət yetirmək istəyirik. Bu çərçivədə COP sədrliyi olaraq Türkiyə ilə sıx əməkdaşlıq edir və həqiqətən qlobal enerji keçidini dəstəkləyən prioritetlər ətrafında dünyanı bir araya gətirməyə çalışırıq”, - deyə direktor müavini bildirib.
Digər xəbərlər